Qırğızstanda ölüm cəzası bərpa olunur –Prezident göstəriş verdi

Qırğızıstan prezidenti Sadır Japarov ölüm cəzasının bərpası ilə bağlı qanun layihəsinin hazırlanmasına göstəriş verib.

AzPost yerli mediaya istinadən bildirir ki, Prezident uşaqlara və qadınlara qarşı xüsusilə ağır cinayətlərə (uşağa təcavüz və zorlama və qadınların öldürülməsi) görə ölüm cəzasının bərpası ilə bağlı qanun layihəsinin hazırlanmasına göstəriş verib.

Məlumata görə, ölüm hökmünün bərpası barədə qərar 17 yaşlı Karakol sakininin sentyabrın 27-də itkin düşməsindən sonra verilib. Onun meyiti daha sonra Jel-Arık kəndi yaxınlığında (Karakoldan 286 km) tapılıb.

Qadın zorlanıb və boğularaq öldürülüb. Hadisəni törədən əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü, Bişkekdə saxlanılan şəxs olub.

Prezident vurğulayıb ki, bu cür cinayətlər cəzasız qalmamalıdır.

27 iyun 2007-ci ildə Qırğızıstan prezidenti Kurmanbek Bakiyev ölüm cəzasının ömürlük həbslə əvəzlənməsi haqqında qanun imzalayıb.
Konstitusiyanın yeni redaksiyasında (2006-cı ilin sonu/2007-ci ilin əvvəlində qəbul edilib) ölüm hökmü ilə bağlı müddəa çıxarılıb, yaşamaq hüququ ilə bağlı maddədə isə heç kəsin həyatdan məhrum edilə bilməyəcəyi təsbit edilib.
2010-cu il fevralın 16-da Qırğızıstan Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın ölüm hökmünün ləğvinə yönəlmiş İkinci Fakültativ Protokolunu ratifikasiya edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.