Antarktidanın “Qiyamət Buzlağı” ləqəbi verilmiş Tueyts buzlağı hərəkət etməyə başlayıb.
AzPost bildirir ki, bu barədə alimlər xəbərdarlıq edib.
Onların sözlərinə görə, buzlağın tam əriməsi dəniz səviyyəsini ən azı 60 sm, ən pis halda isə 3-5 metr qaldıra bilər.
Tueyts buzlağı sahəsinə görə Böyük Britaniya ilə müqayisə edilə bilər. Peyk müşahidələri göstərir ki, isti su buzlağının dibini aşındırır və çatlar əmələ gətirir.