Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Qızıl Aypara Cəmiyyətinin bölmə sədrinin daha bir cinayəti aşkarlandı

Orkhan Ali 07 May 2025 - 21:25 (Last updated: 21 May 2025 - 20:50)
Ülviyyə Balayeva

Ülviyyə Balayeva

Gədəbəy Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən, Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışmış və hazırda həbsdə olan Ülviyyə Balayeva barəsindəki növbəti cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Füzuli Mirzəquliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əvvəlki cəzası da birləşdirilməklə 4 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Ü.Balayeva vətəndaşları aldadaraq onlara qarşı dələduzluq edib. O, 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. Həbs edildikdən sonra onun digər cinayəti də üzə çıxıb. Məlum olub ki, Ü.Balayeva “Şəhid ailələri, Əlilləri, Müharibə veteranlarının müdafiəsi” İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri İbrahim Əliyevlə birlikdə bir qrup gədəbəyliyə qarşı da dələduzluq edib. Hər iki şəxs barəsində cinayət işi başlanıb. İ.Əliyev istintaq dövründə dünyasını dəyişib.

Ü.Balayeva İ.Əliyevlə birlikdə vətəndaşlara Fövqəladə Hallar Nazirliyində işə düzəltmək, sosial evlərdən mənzil almaq, sosial yardım, pensiya düzəldəcəklərini söz verərək 32 nəfərə qarşı silsilə dələduzluq edib.

Oxu.az

AzPost.az

Post navigation

Previous: WhatsApp-da yeni təhlükə –
Next: Prezident İlham Əliyev Moskvaya niyə getmədi? –

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.