Qızıl ucuzlaşdı

 

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) protokolunun dərc olunması öncəsi qızılın qiyməti düşüb.

Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,12%, yaxud 2,25 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 853,95 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,16% artaraq, 1 unsiyası 23,358 ABŞ dolları təşkil edib.

Hazırda investorların diqqəti ABŞ FES-in yanvar ayında keçirilmiş iclasının protokolunun açıqlanmasına yönəlib. Bazar iştirakçıları tənzimləyici orqanın gələcək monetar siyasəti ilə bağlı ipucular əldə edəcəklərinə ümid edirlər.

Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin təlimlərin başa çatması ilə əlaqədar daimi dislokasiya yerinə qayıtması barədə açıqlaması Ukrayna ətrafında gərginliyin azalmasına və investorların riskə meylinin artmasına səbəb olub. Bu isə qızıl kimi aktivlərə marağın azalmasına şərait yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bakı Metropoliteni”

Sonrakı məqalə

Məşhur hind filmi “Disko rəqqası”nın bəstəkarı vəfat edib