Qızıl və gümüş medal almış şagirdlərin sayı məlum olub

Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb.

Əmrə əsasən XI sinif məzunlarından 220 nəfər qızıl, 41 nəfər isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişanla təltif olunmuş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.