Qızılağac Milli Parkında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı parkın “Kiçik körfəz” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

O bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayonu, Şirinsu kənd sakini Eldəniz Niftullayev olduğu və təbiətə 1023 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma davam edir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir