Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Qızılın bahalaşması Azərbaycan bazarı üçün hansı riskləri yaradır?

User 04 Fevral 2026 - 14:23 (Last updated: 04 Fevral 2026 - 14:25)
qizil tayaq

Dünyada qızılın qiyməti rekord həddə bahalaşıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 3,35% artaraq 5 100,46 ABŞ dollarına bərabər olub.

Ekspertlərin qiymətlərlə bağlı fikirləri müxtəlifdir. Amma əsas fikir odur ki, qızıl ucuzlaşmayacaq.

Azərbaycanda qızıl bazarını bu vəziyyətdə nə gözləyir?

Ekspertlərin fikrincə, qızılın dünya bazarında rekord səviyyə bahalaşması ciddi geosiyasi risk, investorların təhlükəsiz aktiv axtarışı və mərkəzi bankların qızıl alışına bağlıdır.

Hazırda aparıcı maliyyə institutlarının 2026-cı il üçün qızıl qiyməti ilə bağlı orta və uzunmüddətli proqnozları aşağıdakılardır:

J.P. Morgan-6 300 dollar, Deutsche Bank-6 000 dollar, UBS-6 200 dollar, Goldman Sachs- 4 900 dollar, Bank of America (BoA)-5 000 dollar, Dünya Bankı -3 575 dollar proqnozunu verirlər.

Tələb və tədarük dinamikasına baxdıqda 2025-ci ildə qızıl üçün qlobal tələb rekord səviyyəyə çatıb: 5 002 ton! Bu, əsasən investor və ETF tələbi sayəsində baş verib.

Zərgərlik mallarına tələb isə yüksək qiymətlər səbəbindən azalıb.

Qızıl qiymətinə təsir edən makro amillər hansılardır?

Geosiyasi qeyri-müəyyənlik (müharibələr, regional gərginliklər) investorları qızıl alışına yönləndirir. Makroiqtisadi amillər sırasında mühüm yer ABŞ tutur. Bu ölkənin Federal Rezervi pul siyasəti, faiz dərəcələri və dolların gücü qiymətləri birbaşa təsir edir. Ciddi faiz artımı qızıla təzyiq edə bilər.

Faiz dərəcələrinin endirilməsi isə uzunmüddətli yüksəlişi dəstəkləyir. Üstəlik Mərkəzi banklar hələ də qızıl ehtiyatlarını artırırlar, bu trend daha da qiymətləri dəstəkləyir. Ekspertlərin sözlərinə görə, son dövrdə qiymətlərdə dalğalanmalar olub. Bunun səbəbi bazar reaksiyaları və spekulyativ hərəkətlərdir.

Azərbaycan qızıl bazarının xüsusiyyətləri necədir?

Bu ilin əvvəlinə olan sonuncu hesabata görə, Neft Fondun ümumi aktivlərinin 38,2%-i qızılda saxlanılır. Fondda saxlanılan qızılın ümumi miqdarı isə 200 ton təşkil edir. Mərkəzi Bankın bu gün açıqladığı məlumatda qızılın bir qramının qiyməti 256,5 manat göstərilib.

Azərbaycan daxilində qızıl həm investisiya aktividir, həm də zərgərlik bazarında ticarət olunur. Spot qiymətlər dünya bazarına paralel olaraq milli valyutada da bahalaşır.

Ölkədə daxili qızıl istehsalı və ixracı artım tendensiyasını göstərir. 2024-də istehsal 2 663 kg səviyyəsində olub. Bu, yerli bazara müəyyən dəstək verir. Qlobal qiymət artımı nəticəsində Azərbaycanda daxili qiymətlər yüksəlir.

Baha qiymətlərin riskləri nədən ibarətdir?

Dünya iqtisadiyyatı yavaşlaya bilər, faiz dərəcələri artırıla bilər, dollar güclənə bilər. Odur ki, maliyyə ekspertləri dversifikasiya tövsiyə edirlər: Qızıl investisiyanın yalnız bir hissəsi olmalıdır. Çünki makro hadisələr  Fed siyasəti, geopolitik hadisələr qiymətə təsir edəcək.

Dünya bazarında qızıl hələ də “təhlükəsiz liman” aktividir və uzunmüddətli perspektivdə bahalaşma meyli davam edə bilər. Azərbaycan bazarına bu təsir birbaşa təsir edir yerli qiymətlər yüksəlir və investor marağı artır.

Sunay AYDIN

 

AzPost.az

Post navigation

Previous: İlon Mask bu qədər pulu ilə tarixə düşdü
Next: Cəlilabadda qardaşı uşaqlarını baltalayan kişi həbsdə öldü

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.