Qobustanda kütləvi zəhərlənən şəxslərdən biri vəfat edib. Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın APA-ya verdiyi məlumata görə, zəhərlənən şəxslərdən olan bir uşaq hazırda əməliyyatdadır: “Ata, ana və digər uşağın vəziyyəi stabildir. Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklikdən beyin qansızması keçirib və rəhmətə gedib”.
Qeyd edək ki, ölən şəxs 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızıdır.