Qobustanda bir ailənin 5 üzvü siçan dərmanından zəhərlənib- Ölən var

Qobustanda kütləvi zəhərlənən şəxslərdən biri vəfat edib. Bu barədə APA-ya TƏBİB-dən bildirilib. 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyevanın APA-ya verdiyi məlumata görə, zəhərlənən şəxslərdən olan bir uşaq hazırda əməliyyatdadır: “Ata, ana və digər uşağın vəziyyəi stabildir. Nənə isə zəhərlənmədən yox, qanda olan dəyişiklikdən beyin qansızması keçirib və rəhmətə gedib”.

Qeyd edək ki, ölən şəxs 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq

Sonrakı məqalə

Sabah hava necə olacaq?