Qobustanda bu günkü dəhşətli qəzada bir ailənin üzvləri həlak olub

Qobustanda dəhşətli qəzada ölənlərdən 3-ü bir ailənin üzvləridir.

Onlardan 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olub. Qəzada ölən azyaşlı isə onların övladıdır. (APA)

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Əvvəlki məqalə

Azərbaycan və Litva prezidentlərinin məhdud tərkibdə görüşü keçirilib

Sonrakı məqalə

Makron vasitəçilik etdi, Zelenski görüşə gəlmədi