Qobustanda dəhştəli qəza –5 nəfər öldü, biri azyaşlıdır

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər həlak olub.

Xəsarət alan 1 nəfər Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

“Krıma zərbə endirmək Rusiyaya hucum sayılacaq” –

Sonrakı məqalə

Türkiyədə 1 dollar 20 lirə olub