Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Qobustanı dünyaya tanıdan və Nizami məzarını açan alim

Orkhan Ali 05 Sentyabr 2025 - 12:22 (Last updated: 05 Sentyabr 2025 - 12:01)
İshaq Cəfərzadə

İshaq Cəfərzadə

Azərbaycan arxeologiya və etnoqrafiya elminin görkəmli simalarından biri – tarix elmləri namizədi İshaq Cəfərzadə zəngin elmi fəaliyyəti ilə milli irsimizin qorunmasında silinməz izlər qoyub.

AzPost bildirir ki, o, ilk elmi axtarışlarına doğma Gəncədə başlayıb. Böyük mütəfəkkir və şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar aparılan qazıntılara rəhbərlik edən Cəfərzadə şairin məzarının açılması və dəfn işlərinə başçılıq edib. Bu qazıntılar nəticəsində qədim Gəncənin yeri dəqiq müəyyənləşdirilib, qala divarları, yaşayış məhəllələri, sənətkarların emalatxanaları və saysız-hesabsız maddi mədəniyyət nümunələri aşkar olunub.

Alimin ən böyük xidmətlərindən biri də Qobustan abidələrinin dünyaya tanıdılmasıdır. 1947-ci ildən başlayaraq tam 20 il ərzində o, bu ərazidə arxeoloji tədqiqatlar aparıb. Qobustanda 730 daş üzərində 5300-dən artıq təsviri qeydə alan alimə həyat yoldaşı, istedadlı rəssam Səfiyyə xanım kömək edib. O, bütün təsvirləri bir-bir kağıza köçürüb. Bu, həm çətin, həm də olduqca məsuliyyətli bir iş idi və Səfiyyə xanımın zəhməti danılmazdır.

İshaq Cəfərzadənin ən məşhur əsəri “Qobustan” hesab olunur. Lakin onun uzun illərin zəhməti bahasına yazdığı “Qobustanın petroqlifləri” əsəri dövrünün qərəzli şəxsləri tərəfindən məhv edilib. Alim həyat yoldaşı ilə birlikdə qələmə aldığı “Abşeronun qəbir daşları” əsərinin isə “Elm” nəşriyyatında tamamilə yoxa çıxması bu gün də mədəniyyət tariximiz üçün müəmmalı qalır.

İshaq Cəfərzadə yalnız arxeoloq deyil, həm də Azərbaycan tarixinin qoruyucusu idi. Onun irsi bu gün də elmi dairələr və milli yaddaş üçün böyük dəyər daşıyır.

AzPost.az

Post navigation

Previous: Kiçik məbləğ – böyük problem
Next: Putin Ukraynada yerləşəcək Avropa qoşunlarını hədələdi –

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.