Qohumunun evindən 70 min manat və 40 min manatlıq qızıl oğurlayanlar tutulub –VİDEO

Yasamal rayonuda evdən 70 min manat nağd pul və 40 min manat qızıl oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal rayonunda evlərdən birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan seyfi yararaq içərisində olan 70 min manat, 40 min manat məbləğində qızıl-zinət əşyalarını, habelə noutbuk və fotoaparatı oğurlayıb. Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin yaxın qohumu Toğrul Axundzadə və İdris Salahov saxlanılıblar. Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, qohumunun mənzilindən oğurluq etmək üçün evin və seyfin açarlarını İdris Salahova Toğrul Axundzadə verib. O, evdə heç kimin olmadığı barədə İ.Salahova məlumat verdikdən sonra sonuncu evə daxil olaraq həmin hadisəni törədib. İş üzrə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Axundzadə və İ.Salahovdan  oğurladıqları pul və qızıl-zinət əşyalarının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya ilə münasibətlər müsbət istiqamətdə inkişaf etmir” –

Sonrakı məqalə

Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb –