Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb –Rektorlar Şurasının hansı səlahiyyətləri olacaq?

Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb.

Azpost.info APA-ya istinadən bildirir ki, qanun layihəsi 10 fəsil və 77 maddədən ibarətdir.

Qanun layihəsində təhsil müəssisələrinin ictimai qurumları qismində Rektorlar Şurası və ali təhsil müəssisələri tələbələrinin ictimai birliyinin yaradılması əksini tapıb.

Qanun layihəsində “Ali təhsilin iqtisadiyyatı” fəslində təhsil kreditlərinə dair ayrıca maddə (65-ci maddə) yer alıb. 

Rektorlar Şurası əməkdaşlığı koordinasiya etmək üçün Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin rektorlarının daxil olduğu kollegial şuradır. Bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, Rektorlar Şurası ali təhsilin inkişafı üçün təkliflər hazırlayır, birgə təhsil proqramlarının yaradılması, akademik heyət və maddi bazanın istifadəsi ilə bağlı məsələləri müzakirə edir, ali təhsil sahəsində qanun layihələrinə və digər normativ-hüquqi aktlarına təklif və rəylər hazırlayır, ali təhsil müəssisələrinin və xüsusi təhsil müəssisələrinin akkreditasiyası üçün mütəxəssisləri tövsiyə edir, imtahan nəticələri əsasında ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı təkliflər hazırlayır, dövlət büdcəsi vəsaitlərindən ali təhsil müəssisələrinə investisiyaların ayrılması ilə bağlı təkliflər hazırlayır, xarici dövlətlərdə və beynəlxalq ali təhsil müəssisələrinin təşkilatlarında Azərbaycanın ali təhsil müəssisələrini təmsil edir, ali təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı digər məsələləri həll edir.

Rektorlar Şurasının səlahiyyətləri və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Rektorlar Şurası haqqında Əsasnamə ilə müəyyən edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qohumunun evindən 70 min manat və 40 min manatlıq qızıl oğurlayanlar tutulub –

Sonrakı məqalə

Sumqayıtda yataqxanada partlayış olub –