Qorbaçov yaddaşını itirir, dializ xəstəsidir –SSRİ-nin eks prezidenti xəstəxanada yaşayır (FOTO)

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov 3 ildir xəstəxanada yaşayır. 

Azpost.info bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, iqtisadçı alim Ruslan Qrinberq “Zvezda” telekanalına açıqlamasında deyib. Qrinberq Mərkəzi Kilinik Xəstəxanada yatan Qorbaçovu ziyarət edib.

Onun sözlərinə görə, 91 yaşlı Qorbaçov şəkər xəstəliyindən və böyrəklərində problemdən əziyyət çəkir. Həkimlər mütəmadi olaraq ona dializ edirlər. Qrinberq deyib ki, sabiq prezident özünü “alababat” hiss edir.

“Onun gücü tükənir. Nadir hallarda yatadqan qalxır. Yaddaşında problem var, unutqanlıq yaranıb. Söhbət zamanı mövzuları qeyri-ixtiyari dəyişir”-deyə o vurğulayıb.

Qrinberq deyib ki, 3 ildir xəstəxanada yaşayan Qorbaçov üçün bütün şərait yaradılıb. “Demək olar ki, ev şəraiti qurulub.Ona çox yaxşı qulluq olunur, Qorbaçov da buna çox öyrəşib”. 

Məlumata görə, SSRİ-nin sabiq rəhbərinin səhhəti periodik olaraq pisləşir. O ciddi həkim nəzarəti altındadır.

Mixail Qorbaçov 15 mart 1990-cı ildən 25 dekabr 1991-ci ilə qədər SSRİ prezidenti vəzifəsini tutub. Bundan başqa 1985-ci ildən Sov.İKP-nın Baş katibi və SSRİ aAli Sovetinin Sədri olub.

Azpost.info

 

Əvvəlki məqalə

Müəllimlərin maaşlarına əlavələr necə hesablanacaq? –

Sonrakı məqalə

ABŞ Ukraynaya 815 milyon dollarlıq yardım ayırıb