“Qorxuram, Solovyov məni həbs etməyə çağırıb” –Rusiyalı politoloq Markov

Rusiyalı politoloq Sergey Markov təbliğatçı Vladimir Solovyovun onu həbs etməyə çağırmasından sonra cinayət təqibindən qorxur.

AzPost bildirir ki, o bu barədə  “Ostrojno Media” proqramına deyib.

“Əlbəttə, qorxuram. Solovyov məni xarici agent edəcəyinə söz verdi və bunu elədi”, – Markov Ostrojno Mediaya deyib.

Təhlükəsizliyə görə ölkəni tərk edib-etmədiyini soruşduqda Markov deyib ki, “Rusiyaya inanmaq istəyir”.

Bundan əvvəl Solovyov “Rossiya 1” kanalında canlı yayımda Sergey Markovu həbsə atmağa çağırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.