Qrenlandiyada müstəqillik referendumu keçiriləcək

Qrenlandiyada müstəqillik referendumu
Qrenlandiyada müstəqillik referendumu

Qrenlandiyada müstəqillik referendumu keçiriləcək.

Reuters xəbər verir ki, Qrenlandiyanın hakim koalisiyasına daxil olan Siumut (İrəli) partiyası Danimarkadan müstəqillik üçün referendum keçirməyi planlaşdırır. AzPost bildirir ki, partiya üzvü Doris Jensen qeyd edib ki, səsvermə Qrenlandiyaya artan muxtariyyət və tam müstəqilliklə bağlı danışıqlar aparmaq imkanı verən 2009-cu ildə qəbul edilmiş qanuna əsaslanacaq.

O, qeyd edib ki, Qrenlandiya müstəqil dövlət olana qədər onun beynəlxalq danışıqlarda iştirakı məhdud qalacaq.

Referendum təşəbbüsünün ABŞ-ın Arktika bölgəsinə marağının artması fonunda ortaya çıxdığı vurğulanır.

Qeyd edək ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp “Truth” sosial media hesabında oğlu Trampın Qrenlandiyaya səfəri ilə bağlı paylaşım edib. Tramp, “Onların və azad dünyanın təhlükəsizliyə, gücə və sülhə ehtiyacı var! Bu, edilməsi lazım olan bir razılaşmadır” – deyə qeyd edib.

 

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.