İnfeksiya və ya virusdan sağaldıqdan sonra diş fırçanızı yenisi ilə əvəz etmək vacibdir.
AzPost bildirir ki, stomotoloq Anastasiya Çernoşey Gazeta.Ru-ya bildirib ki, eyni diş fırçasından istifadə təkrar infeksiyaya səbəb ola bilər.
Həkim izah edib ki, sağaldıqdan sonra eyni diş fırçasından istifadə etməyə davam etsəniz, patogenlərə yenidən məruz qalma riski var. Bu da təkrar infeksiya riskini artırır. “Bu, xüsusilə qrip və adenovirus infeksiyaları üçün keçərlidir”.
Həkim həmçinin ailə üzvlərinin diş fırçalarının bir-birinə toxunmasının qarşısını almaq üçün fərdi stəkanlardan və ya tutacaqlardan istifadə etməyi tövsiyə edib.