Qubad İbadoğlunun müavini istefa verdi, ADR-i tərk etdi –"Partiya kriminalın təsir dairəsinə keçib"

Əlövsət Talışxanlı Azərbaycan Demokratiya və Rifah Partiyasının sədr müavini postundan və partiya sıralarından istefa verdiyini bəyan edib. 

Azpost.info bildirir ki, bu barədə yaydığı açıqlamada bildirib.

Ə.Talışxanlı istefanın səbəbini ADR-də baş qaldıran qaraguruhla izah edib: “Müsavatdan ayrılanda belə düşündük ki, ziyalı bir intelektual bir təşkilat quraq. İlk vaxtlarda konstruktiv, radikalizmdən uzaq yol tutsaq da sonra təşkilat bir qrup primitiv düşüncəli siyasətbazların və keçmişi kriminala bağlı üzvlərin təsir dairəsinə keçdi”.

Ə.Talışxanlını sözlərinə görə, təşkilatda qeyri səmimilik hökm sürür: “Çox təəssüf olsun ki təşkilat siyasi intiriqa bacarığından savayı nəyisə anlamayan və yalnız neqativ düşüncəyə sahib fürsətçilərin təsir dairəsinə düşdü. Fikir pluralizmi, sərbəst düşüncə tərzimiz təqib olundu. Nizamnamədən yox imtiyazdan istifadəyə üstünlük verildi. Təşkilatı demokratiya üçün təhlükəsiz sivil bir duruma gətirə bilmədik” .

Sabiq sədr müavinin sözlərinə görə, ADR partiyasında ictimai -siyasi həyatında xüsusi çəkisi və yüksək əxlaqi dəyərlərə malik insanlarla yanaşı normal düşüncə tərzindən uzaq qaraguruh və kriminal baxışlar hökm sürür və ritorikaları ilə öndədilər.:”Nə təkmilləşə bildik, nə də mübahisələrdə keçirəcək vaxtımız qalmadı. Yeganə əlimdən alına bilinməyən istefa mədəniyyətinə üz tutmaq zoru ilə üzləşdim”.

Azpost.info

Əvvəlki məqalə

Hüseyn Məlik 20 sutka həbs cəzasına məhkum edilib

Sonrakı məqalə

Prezident İlham Əliyev Madər Musayevin vəfatı ilə bağlı nekroloq imzalayıb