Qubaya 14 sm qar yağıb – FOTO

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti pisləşib.

Regionun bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb.

Qubanın Qrız kəndində 14 sm qar yağıb, havanın temperaturu mənfi 1 dərəcəyədək enib. Xınalıq kəndində qarın hündürlüyü 10 sm çatıb.

Ucqar dağ kəndlərində qar yağmaqda davam edir. (APA)

Əvvəlki məqalə

Azərbaycanlı boksçu İrəvanda erməniyə qalib gəlib

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri