Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“Qul bazarı”ndan turizm mərkəzinə gedən yol

Orkhan Ali 19 Dekabr 2025 - 10:20 (Last updated: 19 Dekabr 2025 - 16:51)
images (1)

19 dekabr 1963-cü ildə Şərqi Afrikanın Hind okeanında yerləşən Zanzibar adaları Böyük Britaniyadan müstəqilliyini elan etdi. Uzun illər ərəb sultanlığının və sonradan Britaniya müstəmləkə idarəçiliyinin təsiri altında qalan bu ərazi qısa müddətli müstəqil dövlət mərhələsindən sonra Tanzaniyanın bir hissəsinə çevrildi.

AzPost bildirir ki, Zanzibar əsrlər boyu ticarət yollarının kəsişməsində yerləşib. Ərəb tacirləri, farslar və daha sonra avropalılar adanı ədviyyat, fil dişi və qul ticarətinin əsas mərkəzlərindən birinə çeviriblər.

Zənzibar adası 1873-cü ilə qədər Hind okeanında ən böyük qul bazarı sayılırdı. XIX əsrdə Oman sultanları burada hakimiyyət qurub, 1890-cı ildən etibarən isə Zanzibar Britaniyanın protektoratına çevrilib.

1963-cü il dekabrın 19-da Zanzibar konstitusiyalı monarxiya kimi müstəqilliyini elan edib və hakimiyyətdə ərəb mənşəli sultan qalıb. Lakin bu müstəqillik uzun sürməyib. Cəmi bir ay sonra – 1964-cü ilin yanvarında baş verən inqilab nəticəsində sultan devrilib, hakimiyyət afrikalı əhali nümayəndələrinin əlinə keçib. Həmin ilin aprelində Zanzibar Tanqanika ilə birləşərək Tanzaniya Birləşmiş Respublikasının tərkibinə daxil olub.

Hazırda Zanzibar Tanzaniyanın muxtar bölgəsi statusuna malikdir. Adanın öz prezidenti, parlamenti və daxili idarəetmə sistemi var. Xarici siyasət və müdafiə məsələləri isə mərkəzi Tanzaniya hökuməti tərəfindən həyata keçirilir. Əhali əsasən müsəlmandır və bu, bölgənin mədəniyyətində və gündəlik həyatında açıq şəkildə hiss olunur.

Zanzibar bu gün dünyanın ən məşhur turizm istiqamətlərindən biri sayılır. Ağ qumlu çimərliklər, şəffaf okean suları, tropik iqlim və zəngin tarixi irs turistləri cəlb edən əsas amillərdir. Xüsusilə Stone Town adlanan qədim şəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir və dar küçələri, qədim sarayları, məscidləri ilə seçilir.

Adanın “ədviyyat adası” kimi tanınması da turizmin inkişafında mühüm rol oynayır. Darçın, mixək, muskat kimi ədviyyat plantasiyaları turistlər üçün xüsusi maraq doğurur. Bundan başqa, Zanzibar sükut, təbiət və mədəniyyət axtaran səyahətçilər üçün Afrikanın ən təhlükəsiz və rahat bölgələrindən biri hesab olunur.

Beləliklə, bir vaxtlar müstəmləkə və siyasi qarşıdurmalarla gündəmə gələn Zanzibar bu gün tarix, mədəniyyət və turizmin qovuşduğu unikal bir məkan kimi dünya xəritəsində yerini qoruyur.

AzPost.az

Post navigation

Previous: Sakit okeanda iki gəmi məhv edildi
Next: Köhnə binalarda yaşayanların nəzərinə: “Ev pulu” artırılır?

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.