Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar

Orkhan Ali 08 May 2025 - 21:02 (Last updated: 21 May 2025 - 20:47)
Quldurluq

Quldurluq

Bakı Ağır Cinayətlər Məhkəməsi yaşayış evinə silahlı basqın etməkdə və polis əməkdaşına atəş açmaqda təqsirləndirilən Orxan Abdullayevin və Eldəniz Şükürovun cinayətini araşdırır. Bu iş hakim Səbuhi Hüseynovun icraatındadır. Pravda.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə davam edib.

Orxan Abdullayev quldurluq məqsədilə evə silahlı basqın edib. İbtidai istintaqla müəyyən edilib ki, Orxan Abdullayev Binəqədi rayonundakı yaşayış evlərindən birinə silahlı basqın edib.

Orxan Abdullayev Yevlax sakinidir. Ötən il sentyabrın 9-da axşam saatlarında tanışı Eldəniz Şükürovla birlikdə digər tanışı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı evə gəlib. Onun gəlişindən və əlisilahlı olmasından xəbər tutan Rauf İsmayılov dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib, kömək istəyib. Çox keçməyib ki, ərazi üzrə polis şöbəsinin əməliyyatçıları ünvana gəliblər. Orxan Abdullayevdən könüllü təslim olmağı istəsələr də, sonuncu onlara tərəf atəş açmaqla silahlı müqavimət göstərib.

Özü hadisə yerindən qaçsa da, Eldəniz Şükürov zərərsizləşdirilərək həbs olunub. Araşdırma zamanı onun əvvəllər də müxtəlif cinayətlərə görə dəfələrlə məhkum edildiyi üzə çıxıb. Onun təqsirli bilindiyi cinayət hadisələrinin əsasən mülkiyyət əleyhinə qanunazid əməllər olması diqqəti çəkir. İlk dəfə 2003-cü ildə qabaqcadan əlbir olan bir qrup şəxslə törətdiyi soyğunçuluq cinayətlərinə görə azadlıqdan məhrum edilib. Həbsdən sonra cinayət əməllərini davam etdirən, əsasən külli miqdarda mülkiyyət cinayətlərinin təşkilatçısı və iştirakçısı olan Eldəniz Şükürov soyğunçuluq, quldurluq və oğurluq cinayətlərinə görə məhkəmə hökmləri ilə ayrı-ayrı vaxtlarda 20 ilə yaxın müddətdə azadlıqdan məhrum edilməklə, məhkumluq həyatı yaşayıb.

Daha sonra Orxan Abdullayevin də yeri müəyyən edilərək həbs olunub.

Bu iş üzrə istintaqı Binəqədi rayon Prokurorluğu həyata keçirib. Hadisə zamanı istifadə olunmuş “Makarov” markalı tapança və gilizlər maddi sübut olaraq işə əlavə edilib. Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib. 

 

AzPost.az

Post navigation

Previous: Həbsdə olan sayt rəhbərinə hökm oxundu
Next: Yeni Roma Papası seçildi, bacadan ağ tüstü çıxdı

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.