Kadırovun oğlu tərəfindən döyülən Juravel 3,5 il həbs cəzası aldı

“Quran”ı yandırmaqda və dindarların hisslərini təhqir etməkdə təqsirləndirilən Nikita Juravel 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Azpost.info xəbər verir ki, bu barədə Qroznı məhkəməsi hökm çıxarıb.

19 yaşlı Juravel 2023-cü ilin mayında Volqoqradda məscidin qarşısında “Quran”ı yandırıb.

Qeyd edək ki, Juravel Qroznı istintaq təcridxanasında Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam tərəfindən döyülmüşdü.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvanda qadın ərini öldürərək quyuya atıb

Sonrakı məqalə

LG, “Bosch” və “Sony” Rusiyadakı mağazalarını bağlayır