“Quru əməliyyatını ləğv edə bilərik”- İsrail ordusu şərtini AÇIQLADI

“Fələstinin HƏMAS qruplaşması girovları azad etməyə davam edərsə, İsrail hakimiyyəti Qəzza zolağında quru əməliyyatını ləğv edə və ya yarıda dayandıra bilər”.

Azpost.info xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri (SAXAL) rəsmiləri “The Times of Israel” qəzetinə bildiriblər.

Onların sözlərinə görə, ordu rəhbərliyi yaraqlılara qarşı 16 gün davam edən hava hücumlarından sonra hərbçilərin Qəzzaya girməyə hazır olduqları barədə hakimiyyət orqanlarına hesabat verib.

Mənbələr bildiriblər ki, onlar quru əməliyyatının məhbusların azad edilməsini sürətləndirəcəyinə inanırlar və hərbçilər arasında ağır itkilərə və Livan “Hizbullah” qruplaşmasının ölkənin şimalında mümkün hücumlarına baxmayaraq, öz məqsədlərinə çata biləcəklərinə əmindirlər.

Hərbçilər ümid edir ki, İsrailin siyasi rəhbərliyi tezliklə Qəzza zolağına hücum etmək qərarına gələcək, çünki sərhəddə yerləşən qoşunlar uzun müddət yüksək döyüş hazırlığı vəziyyətində qala bilməz.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.