“Qurultayın Şuşada keçirilməsinin rəmzi mənası var” –HİKMƏT HACIYEV

“Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsinin rəmzi mənası var. Ulu öndər birinci qurultayın keçirilərkən demişdi ki, gün gələcək biz bu qurultayı Şuşa şəhərində keçirəcəyik. Bu gün də hasil oldu”.

Azpost.info bildirir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev “Diaspora TV”-yə açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, dünya azərbaycanlılarının qurultayının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Bununla qarşımızda böyük bir strateji xətt qoydu. Bu gün Şuşada qurultayın keçirilməsi bilavasitə möhtərəm prezidentin tapşırığı və iştirakı ilə keçirilir”.

“44 günlük Vətən müharibəsində bizim diaspora fəallarımızın oynadığı rol, diaspora təşkilatının sıx birləşməsi, yaşadıqları ölkələrə Azərbaycan arasında əlaqələrin qurulması çox böyük əhəmiyyət kəsib edir. Prezident tərəfindən geniş, konseptual əsaslı çıxış təqdim olundu. Qarşımızda yeni tapşırıqlar qoyuldu”- deyə H.Hacıyev vurğulayıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı –

Sonrakı məqalə

“Beynəlxalq informasiya məkanında inhisarçlıq var” –