Qusarın Ləzə kəndinə qar yağıb –FOTO

Şimal bölgəsi may ayında ikinci dəfə sürpriz təbiət hadisəsi ilə qarşılaşıb. 
Qubadan sonra bu gün qar Qusarın Ləzə kəndinə yağıb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, qarın hündürlüyü 10 sm-ə yaxın olub.

Dəniz səviyyəsindən 1280 metr hündürlükdə yerləşən Ləzə kəndinin sakinləri may ayında yağan qarı bolluq rəmzi kimi qiymətləndirirlər. Yaz ayı olduğundan yağan qar artıq əriməyə başlayıb.

Xatırladaq ki,mayın 5-də Qubanın Xınalıq kəndinə qar yağmışdı. Gecə saatlarında yağan intensiv yağışı səhər saatlarında qar əvəz etmiş, qarın hündürlüyü 4-5 sm-ə yaxın olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Lavrovu qəbul edib –

Sonrakı məqalə

ÜST rəhbəri peyvəndlərin qeyri-bərabər bölgüsündən narazılığını ifadə edib