ÜST rəhbəri peyvəndlərin qeyri-bərabər bölgüsündən narazılığını ifadə edib

“Son bir həftə ərzində 5.4 milyondan çox insan koronavirusa yoluxdu və demək olar ki, 90 min nəfər öldü”.

TASS xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus deyib.

Baş direktorun sözlərinə görə, Avropada və Amerika bölgəsində yoluxma və ölüm hallarında azalma müşahidə edilsə də, Hindistan da daxil olmaqla Cənub-Şərqi Asiyada bu tendensiya artmaqdadır: “Yoluxma və ölüm sayının sürətlə artıması sanitariya tədbirlərinin zəifləməsindən və peyvəndlərin qeyri-bərabər bölgüsündən irəli gəlir”.

Qhebreyesus peyvəndlərin dövlətlər arasında bərabər bölünməməsini ən böyük risklərdən biri kimi xarakterizə edib: “Yüksək və orta gəlirli ölkələr dünya əhalisinin 53% -ni təşkil edir, lakin peyvəndin 83 %-ni bu ölkələr alıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qusarın Ləzə kəndinə qar yağıb –

Sonrakı məqalə

“Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik” –