İz – Mədəniyyətin inkişafına dəstək ictimai birliyi “Qərbi Azərbaycan musiqi folkloru incilərinin toplanması” adlı layihənin icrası davam edir.
Layihənin məqsədi Qərbi Azərbaycan musiqi folklorunun itirlimə təhlükəsinin qarşısının alınması və yaşadılaraq gələcək nəsillərə ötürülməsi üçün bu nümunələrin toplanaraq nota salınmasıdır.
Layihə rəhbəri Fəridə Mirişova bildirib ki, layihə çərçivəsində Qərbi Azərbaycanın müxtəlif bölgələrindən olan el sənətkarları ilə görüşlər keçirilib: “Sənətkərlar əsasən müxtəlif janrlarda fəaliyyət göstərən müğənnilər, aşıqlar instrumental ifaçılardan ibarət idi. Bu da musiqi nümunələrinin zənginliyi üçün matreal bolluğu baxımından müsbət haldır. Topladığımız nümunələri həm yazılı, həm audio, həm də video formatda toplayırıq. Artıq toplanma işi başa çatdırılıb. Bu gündən nümunələrin nota köçürülməsinə başlanılır. Daha sonra topladığımız nümunələr janrlar üzrə çeçidlənəcək və kitabda yer alacaq”.
Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.