“Təyyarə qəzası ilə bağlı siz şəxsən istintaqa nəzarət edirsiniz və hər şeyin obyektiv araşdırılacağına şübhəmiz yox idi“.
AzPost bildirir ki, bu sözləri Prezident İlham Əliyev Putinlə görüşdə çıxışı zamanı bildirib.
▪️İlk öncə görüşə görə təşəkkürümü bildirirəm. Qeyd etdiyiniz kimi, Pekində qısa söhbətimiz oldu və cəmi iki gün əvvəl ad gününüzdə sizə zəng etdim. Fürsətdən istifadə edərək, sizi bir daha təbrik etmək, sizə, ailənizə və dost Rusiya xalqına ən xoş arzularımı çatdırmaq istəyirəm.
▪️Əlbəttə ki, Azərbaycan Hava Yollarının təyyarəsinin qəzaya uğradığı ötən dekabr faciəsi ilə bağlı bu ətraflı məlumata görə xüsusi təşəkküredirəm. Biz dərhal əlaqə saxladıq. Yadınızdadırsa, həmin faciəli gündə mən Sankt-Peterburqa görüşə uçurdum və hadisə barədə mənə məlumat verəndə təyyarədən birbaşa sizə zəng etdim. Mən də xahiş etdim ki, bu tədbirdə iştirak edən həmkarlarımıza da çatdırasınız ki, mən obyektiv səbəblərdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edə bilməyəcəm.
▪️Bu vəziyyətə şəxsən nəzarətdə saxladığınız üçün sizə də təşəkkür etmək istəyirəm. Dəfələrlə fikir mübadiləsi apardığımızdan, komandalarımızın üzvləri daimi əlaqədə olduğundan billirdim ki, siz şəxsən istintaqa nəzarət edirsiniz və bunun hər şeyi obyektiv həll edəcəyinə şübhəmiz yox idi.
Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq. Buna görə mən sizə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, siz məsələlərə aydınlıq gətirmək üçün bizim görüşümüzü lazımlı bilmisiniz.
▪️Qeyd etdiyiniz kimi, bu il təkcə ticarət-iqtisadi əlaqələrdə deyil, bütün digər sahələrdə də əlaqələr uğurla inkişaf edib. Qeyd etdiyiniz kimi, ticarət dövriyyəsinin inkişafında yaxşı təkan var. Həmçinin, bütün digər sahələrdə heç bir yavaşlama və ya geriləmə müşahidə edilməyib. Əksinə, təsdiq etdiyimiz yol xəritələri uğurla icra olunur.
▪️Bu yaxınlarda Rusiya-Azərbaycan hökumətlərarası komissiyası da toplandı və burada həmsədrlər təkcə ticarət-iqtisadi deyil, geniş spektrli məsələləri ətraflı müzakirə etdilər.
▪️Və təbii ki, bu gün gündəmə yenidən baxmaq üçün yaxşı fürsətdir. Bu, kifayət qədər geniş və müsbətdir. Beləliklə, bu məlumat üçün bir daha təşəkkür edirəm və əminəm ki, bu gün cəmiyyətlərimizə göndərdiyimiz mesajlar eyni dərəcədə yaxşı qarşılanacaqdır.