Qəzzada HƏMAS-ın saxladığı girovların çoxu hələ də sağdır.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
“Bildiyimizə görə, Qəzzada çoxlu canlı girovlar var ki, biz onları ailələrinə qaytarmaq istəyirik”, – Blinken deyib.
Dövlət katibi əlavə edib ki, söhbət ABŞ vətəndaşlığı olan girovlardan da gedir: “Bu insanların evlərinə qayıtması ABŞ-ın münaqişə tərəflərinin Qəzzada atəşkəslə razılaşmağa nail olmaq üçün bütün səylərinin əsas prioritetlərindən biridir”.
Azpost.info