“Qəzzada humanitar fəlakət yaşanır”- PESKOV

“Qəzza zolağında humanitar fəlakət yaşanır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Qəzzaya humanitar yardım daşıyan cəmi iyirmi yük maşını buraxılıb ki, bu da yerli əhali üçün kifayət deyil.

Peskovun fikrincə, İsrail quru əməliyyatına başlasa, vəziyyət daha da pisləşə bilər: “Bölgəyə humanitar yardım çatdırılmalıdır. Vəziyyət fəlakətlidir. Quru əməliyyatı başlasa, vəziyyətin necə olacağını təsəvvür etmək belə, çətindir”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.