“Qəzzalıların əksəriyyəti təmiz içməli sudan məhrum olub”- BMT

“Qəzzalıların əksəriyyəti təmiz içməli sudan məhrum olub”.

Azpost.info xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb.

Buna səbəb İsrailin su təchizatını kəsməsi olub. Əhali suyu kənd təsərrüfatı quyularından götürür ki, bu da xəstəliklərin yayılmasına səbəb ola bilər.

“İnsanların əksəriyyəti təmiz içməli su əldə edə bilmir. İnsanlar son çarə olaraq kənd təsərrüfatı quyularının şor sularından istifadə etməyə məcbur olurlar. Bu, su ilə yoluxan xəstəliklərin mümkün yayılması ilə bağlı ciddi narahatlıq yaradır”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.