Rəşid Mahmudov koronavirusa yoluxub –

"Hazırda evdə müalicə alıram"
13 Yanvar 2021 - 15:52

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov koronavirusa yoluxub.

Unikal.org-un əldə etdiyi məlumata görə, dosentin Covid-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda onun müalicəsi davam edir.

R.Mahmudov xəbəri təsdiqləyib: “Bir neçə gün öncə test verdim. Koronavirusa yoluxduğum məlum oldu. Hazırda evdə müalicə alıram.  Hələ ki, səhhətim normaldır.”