Rəhim Qazıyevin kürəkəni maşının təkərlərini niyə kəsib? –Bakı Polisi açıqlama verdi

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabiq Müdafiə naziri Rəhim Qazıyevin övladına məxsus avtomobilin şinlərinin kəsilməsi hadisəsinə münasibət bildirib.

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Həmin müraciət üzrə Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsində aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

REAL-dan irəli sürülmüş şəxsin deputatlığa namizədliyi ləğv edildi –

Sonrakı məqalə

“Əsas vəzifə strukturu sürətlə dəyişdirməkdir” –