Rəsmi Bakıdan Rusiyadakı “muzey təxribatı”na reaksiya:“Araşdırılır”

Rusiyanın  Tula şəhərində yerləşən Rusiya Dövlət Silah Muzeyindəki dünya xəritəsində Azərbaycanın ərazi bütövlüyü pozulub. Muzey işğal altındakı Qarabağ torpaqları ayrıca “dövlət” kimi göstərilib. Bu “dövlətin sərhədləri” təkcə Dağlıq Qarabağla kifayətlənməyərək, ətraf  7 rayonu da əhatə edir.

Maraqlıdır saxta xəritənin muzeydən yığışdırılması üçün Azərbaycan tərəfi hansısa addım atacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan Xarici İşlər nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məsələ ilə bağlı nazirlik tərəfindən araşdırmalara başlanıldığını bildirib:

“Mətbuatda yayılan saxta xəritə ilə bağlı Rusiyadakı Səfirliyimiz vasitəsilə araşdırmlara başlanılıb. Xəbər təsdiqini taparsa, müvafiq işlər görüləcək”.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov xəritənin yığışdıralacağını  deyib:

“Əgər bu fakt həqiqətən varsa, birmənalı şəkildə Mədəniyyət Nazirliyi və Rusiyadakə Səfirlyimiz bu məsələ ilə məşğul olacaq. Qarabağın ayrıca dövlət kimi təqdim olunması yolverilməzdir, xəritədə belə qeyd edilibsə muzeydən yığışdırılmalıdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vilayət Eyvazov bir qrup Bakı sakini ilə görüşüb

Sonrakı məqalə

“Moody’s” Azərbaycanın reytinqlərinə yenidən baxdı