Rəsmi Tehran Məsud Pezeşkianın COP29-da iştirak edəcəyini təsdiqləyib

Rəsmi Tehran Məsud Pezeşkianın COP29-da iştirak edəcəyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə İran Prezident Aparatının ictimaiyyətlə əlaqələr üzrə direktoru Həbibullah Abbasi IRNA-ya bildirib.

Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian COP29-da iştirak etmək üçün gələn həftə Bakıya səfər edəcək.

Qeyd edək ki, İran Prezidentinin COP29-da iştirak edəcəyi barədə APA öz mənbələrinə istinadən xəbər yaymışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.