“Avropanın raket əleyhinə qalxanı olmalıdır”- Şolts çağırış etdi

“Yaxın illərdə Avropanın “Sky Shield” hava hücumundan müdafiə sisteminin yaradılacağına ümid edirəm”.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts jurnalistlərlə söhbətində bildirib.

“Ümid edirəm ki, beş il ərzində raket əleyhinə qalxan yaradılacaq. Hazırda hökumət müxtəlif sistemlərin istehsalçıları ilə danışıqlar aparır”, – Şolts deyib.

Şolts Ukraynadakı xüsusi hərbi əməliyyatın bir növ, dönüş nöqtəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, baş verənlər nəticəsində Almaniyanın müdafiə qabiliyyətini gücləndirməyə başlayıblar.

Kansler Ukraynada əməliyyatın başa çatdırılmasının vacibliyini qeyd edib: “Bundan sonra Avropa təhlükəsizliyinin təmin edilməsi məsələsi gündəmdə olacaq. Moskva ilə silahlara nəzarətlə bağlı danışmağa hazırıq.  Avropa bunu hərbi əməliyyatdan əvvəl də təklif edirdi və mövqe dəyişməyib”.

Azpost.info

 

Əvvəlki məqalə

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət edib

Sonrakı məqalə

“Bizə aidiyyəti yoxdur”