Ramil Səfərova görə münasibətləri pozulan İrəvan Macarıstanla əlaqələri bərpa edib 

Ermənistan Macarıstanla diplomatik əlaqələri bərpa edib. 

Azpost.info bildirir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Nazir müavini Payur Ovanesyan Macarıstanın Ermənistandakı səfiri Anna Mariya Şikoya etimadnamınin nüsxəsini təqdim edib.

Daha sonra ikitərəfli əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparlıb. Buna qədər səfir Tiflisdə otururdu.

Budapeşt ömürlük həbs cəzası verilən azərbaycanlı hərbçi Ramil Səfərovu 20212- ci ildə Azərbaycana ekstradisiya etdikdən sonra Macarıstanla Ermənistan arasında münasibətlər pozulmuşdu. Xatırladaq ki, 2004-cü ildə NATO tədbirində iştirak edən Ramil Səfərov Azərbaycan bayrağını təhqir etmiş Ermənistan hərbçisi Qurgen Markaryanı öldürmüşdü.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.