Ramin Hacılının cəzası azaldılıb

Dələduzluqda ittiham olunan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.

Bu barədə Ramin Hacılının vəkili Rəşad Əliyev məlumat verib.

Bu gün Ali Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və barəsində qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb.

Bundan başqa, prokurorluğun hökmdən verdiyi kassasiya prosesti təmin olunmayıb.

Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 il 1 aya endirib(apa).

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Qumla oynamağən uşaq sağlamlığına