Ramiz Zeynalovun işdən çıxarılması ilə bağlı yayılan xəbər təkzib edildi –

DİN-dən açıqlama
02 Dekabr 2020 - 12:35

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun tutduğu vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Qeyd edək ki, bu gün bəzi KİV-də Ramiz Zeynalovun tutduğu vəzifədən azad olunması ilə bağlı məlumatlar yayılıb.