Çeçenistan rəhbəri Ramzan Kadırov xroniki xəstəliklərin kəskinləşməsi səbəbindən kritik vəziyyətdədir.
Azpost.info haqqın.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.
Ukrayna mətbuatına açıqlamasında Yusov deyib: “Bəli, doğrudan da, məlumat var ki, Kadırovun vəziyyəti ağırdır və onda olan xəstəliklər kəskinləşib və belə ağır vəziyyətə gətirib çıxarıb”.
Yusov ilkin məlumatların müxtəlif mənbələrdən təsdiqləndiyini və bunun heç bir yara ilə bağlı olmadığını vurğulayıb. O xatırladıb ki, Kadırovun vəziyyətinin pisləşməsi ilə bağlı şayiələr ilk dəfə deyil. Lakin bu dəfə məlumatlar daha ciddidir və müxtəlif sahələrdən, o cümlədən tibbi və siyasi sahədən daxil olub.
Ramzan Kadırov ötən ilin sonundan səhhəti ilə bağlı şayiələri təkzib edir. 2022-ci ilin dekabrında o, mütəmadi olaraq tibbi müayinədən keçdiyini, heç bir ciddi problem aşkar etmədiyini bildirib.
Bundan əvvəl Almaniyanın Bild qəzeti Çeçenistan rəhbərinin böyrək xəstəliyindən əziyyət çəkdiyini yazıb. Sayt həmçinin Əbu-Dabidən olan nefroloqun Qroznıya gəldiyini yazıb.
Azpost.info