Səudiyyə Ərəbistanı neft hasilatını 1 milyon barel azaldacaq

Səudiyyə Ərəbistanı iyul ayından etibarən bir ay ərzində neft hasilatını daha da 1 milyon barel azaldacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, əlavə neft hasilatının azaldılması müddəti uzadıla bilər.

Könüllü əlavə hasilatın azaldılması neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün OPEC+ ölkələrinin gördüyü ehtiyat tədbirlərini gücləndirmək məqsədi daşıyır.

Əvvəlki məqalə

“Qalatasaray” “Fənərbaxça”nı məğlub etdi

Sonrakı məqalə

Rayonlarda leysan yağışı yağıb