“Real Madrid” Arda Gülərlə bağlı yekun qərarını verdi

İspaniyanın “Real Madrid” klubu türkiyəli futbolçu Arda Gülərlə bağlı yekun qərarını verib.

“Kral klubu”nun prezidenti Florentino Perez Türkiyə millisinin 19 yaşlı üzvünün komandada qalacağını bildirib.

Onun sözlərinə görə, istedadlı oyunçu icarə əsasında başqa kluba keçməyəcək: “Arda qış transfer dövründə bizimlə olacaq. Bu barədə heç bir şübhə yoxdur”.

Daha əvvəl futbolçunun az oynadığına görə başqa komandaya keçmək fikrində olduğu yazılmışdı.

Qeyd edək ki, bu mövsüm “Real Madrid”in heyətində 12 rəsmi matçda forma geyinən Arda Gülər 307 dəqiqə meydanda olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.