“Real Madrid” “Barselona”nı məğlub edib

İspaniya La Liqasının XXXII turunda növbəti oyun keçirilib.

Turun mərkəzi matçı “Real Madrid” və “Barselona” arasında baş tutan “El-Klassiko” olub. “Santyaqo Bernabeu” stadionunda reallaşan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Derbidə hesabı 6-cı dəqiqədə qonaqların heyətində Andreas Kristensen açıb. 18-ci dəqiqədə Vinisius Junior penaltidən tablodakı rəqəmləri bərabərləşdirib. Fermin Lopez 69-cu dəqiqədə yenidən komandasını önə keçirib. 73-cü dəqiqədə Lukas Vasqes hesabı 2:2 edib. Geri dönüş edən “kral klubu”nun qələbə qolunu 90+1-ci dəqiqədə Cud Bellinqem vurub.

Bu nəticədən sonra xallarını 81-ə çatdıran “Real Madrid” turnir cədvəlinə başçılıq edir. “Barselona” 70 xalla ikinci, 68 xallı “Jirona” isə üçüncü pillədə qərarlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.