“Real” sabiq müdafiəçisini geri qaytarır

İspaniyanın “Real” klubu Serxio Reqilonu heyətinə qaytaracaq.

Apasport.az saytının məlumatına görə, madridlilər 2020-ci ilin yayında İngiltərə “Tottenhem”inə keçən müdafiəçinin müqaviləsindəki bənddən yararlanmaq niyyətindədir.

Anlaşmaya əsasən “Kral klubu” futbolçunu geri qaytarmaq hüququna malikdir. Bunun üçün “Real” 45 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 23 yaşlı ispaniyalı cari mövsümdə 12 oyunda 3 qol ötürməsi verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şimal rayonlarında qazın verilməsində məhduddiyyət olacaq –

Sonrakı məqalə

“ABŞ-da 24 saat ərzində COVID-19-a qarşı pulsuz peyvəndlənmə başlanılacaq” –