“ABŞ-da 24 saat ərzində COVID-19-a qarşı pulsuz peyvəndlənmə başlanılacaq” –Tramp bəyan etdi

ABŞ-da COVID-19 qarşı peyvəndlənməyə başlanılacaq.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”dəki videomüraciətində bildirib.

Prezident deyib ki, ABŞ-ın Ərzaqların Keyfiyyətinə və Dərmanlara Nəzarət İdarəsi “BionTech” və “Pfizer” şirkətlərinin birgə hazırladığı koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.

“Bu gün ölkəmiz tibbi möcüzəyə nail olub. Doqquz ay ərzində təhlükəsiz və təsirli peyvənd yaratmışıq. Bu, tarixin ən böyük elmi nailiyyətlərindən biridir. Ərzaqların Keyfiyyətinə və Dərmanlara nəzarət İdarəsinin “Pfizer” peyvəndini təsdiqlədiyini məmnuniyyətlə elan edirəm”, – deyə Tramp videomüraciətində bildirib. Tramp qeyd edib ki, ABŞ dünyada təhlükəsizliyi və effektivliyi təsdiqlənmiş peyvənd istehsal edən ilk ölkədir.

ABŞ Prezidenti bildirib ki, artıq peyvəndlərin bütün ştatlara göndərilməsinə başlanılıb və 24 saatdan az bir müddətdə peyvəndləmə kampaniyasına başlanılacaq. Tramp əlavə edib ki, peyvəndləmə bütün amerikalılar üçün pulsuz olacaq. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Real” sabiq müdafiəçisini geri qaytarır

Sonrakı məqalə

İranda casusluqda ittiham olunan jurnalist bu gün edam edilib