Respublika Taun Əleyhinə Stansiyanın adı dəyişib

04 Fevral 2020 - 12:20

Respublika Taun Əleyhinə Stansiyanın adı dəyişib.

APA-nın xəbərinə görə, Stansiyanın bazasında Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi yaradılıb.

Dəyişikliyin Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə baş verdiyi bildirilir.

Dəyişiklə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, Azərbaycana “2019-nCoV” koronavirus epidemiyasının diaqnostik alətlər dəsti gətirilib. Koronavirusun diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.