“Rusiya iqtisadiyyatının prezident Vladimir Putinin tələb etdiyi alıcılıq qabiliyyəti pariteti baxımından dünyada dördüncü yeri tutmasının mənası yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının büdcə və vergilər komitəsinin rəhbəri Andrey Makarov bildirib.
“Rusiya alıcılıq qabiliyyəti paritetinə görə dünyada dördüncü iqtisadiyyata necə çevriləcək? Artıq üç ildir ki, dördüncüyük? Niyə heç kim bunu hiss etmədi? Çünki heç bir şeyə təsir etmir. Bunun həyat keyfiyyəti və iqtisadiyyatla heç bir əlaqəsi yoxdur. Rifahın səviyyəsindən danışmaq lazımdır. Biz insanların ləyaqətindən, inamdan danışmalıyıq”, – Makarov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.
Putin iyunun əvvəlində Rusiyanın alıcılıq qabiliyyəti pariteti baxımından dünyada dördüncü yerə yüksəldiyini elan edib. “Bu məqsədə nail olundu. Təbii ki, tempi saxlamaq və irəli getmək vacibdir. İndiyədək bunu bacarmışıq”, – Putin bildirib.
Azpost.info