Ermənistanın xarici işlər naziri Türkiyəyə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedir.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan “Twitter”də bildirib.

Ermənistan xarici işlər naziri 11-13 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyaya yola düşəcək.

“Onun bir sıra həmkarlarla görüşləri planlaşdırılır”, – mətbuat katibi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rus silahlıları tərəfindən qaçırılan deputat Leyla İbrahimova azad edilib

Sonrakı məqalə

Mədəniyyət naziri Lənkəran qalasını ziyarət edib –