Ölümündən saatlar əvvəl Roma Papası ilə görüşən sonuncu şəxs ABŞ-ın vitse-prezident Vans olub.
AzPost bildirir ki, ABŞ-ın vitse-prezidenti J.D.Vens Vatikana səfəri zamanı Roma Papası Fransisk ilə görüşüb. Bu barədə “Sky News” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, görüş Vatikanla ABŞ prezidenti Donald Tramp administrasiyası arasında Amerika liderinin miqrantlara qarşı “repressiya”sı və beynəlxalq yardımların azaldılması ilə bağlı yaranmış gərginlik fonunda baş tutub.
“Sizi sağ-salamat görmək çox xoşdur”-deyə Vens bildirib.
Telekanalın məlumatına görə, görüş sürətli və birtərəfli olub. Danışıqların təfərrüatları açıqlanmayıb.
21 aprel 2025-ci ildə Papa Fransisk Pasxa Bazar ertəsi günü Vatikandakı Casa Santa Marta iqamətgahında 88 yaşında vəfat edib.